
“İntizam Komitəsinin mənimlə şəxsi-qərəzliyi var?” - Samir Abasov
- 05 Mar 2025 19:45
- 63
“Neftçi” bu gün Azərbaycan Premyer Luqasının 25-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Qol buraxdıq, amma vura bilmədik. Hücumçularımız “dişsizdir”. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Buna görə də məğlub olduq.
Bütün oyunlar önəmlidir. Rəqiblər baxımından bütün oyunlar vacibdir. Bu gün də pis başlamamışdıq. Son anlarda düzgün qərar verə bilmədik.
Bütün mövqelərdə oyunçuya ehtiyacımız var. Ancaq indiki halda bunları danışmaq üçün gecdir. Ümumi müdafiədən danışmaq istəmirəm, əksinə, hücumda yaxşı çıxış edə bilmədik. Xüsusilə də, Ağa… (Ağadadaş Salyanski). Mən düzünü deyim ki, bu oyunçudan tam narazıyam. Baxın, rəqibin hücum xəttində Paçu var. Hiss olunur ki, müdafiəmizə problemlər yaradır. Bunu paltardəyişmə otağında da dedim. Belə oynamaq olmaz. Rəqib də hiss eləməlidir ki, bizdə də hücumçu var.
Mən futbolda VAR-ın olmasını istəmirəm. “Kəpəz”lə oyunda, yenə də deyirəm, orda “qırmızı” görmürəm. Sarı vərəqə kifayət edirdi. Mənim çıxışıma görə iki oyunluq cəza verilibsə, bu, düzgün deyil. İntizam komitəsinin mənimlə şəxsi-qərəzliyi var?”
“Neftçi” növbəti turda evdə “Turan Tovuz”la üz-üzə gələcək.