AFFA-dan maliyyə dəstəyi alandan sonra transfer bazarında fəaallığını artıran «Qəbələ» daha bir legionerlə razılıq əldə edib.

Rekord.az-ın məlumatına görə, bölgə klubu bu dəfə hücum xəttinə əncam çəkib.

Belə ki, «qırmızı-qaralar» Omar Hani Əl-Zebdehlə anlaşıb.

Daha çox hücumun kənar uclarında oynamağa alışan ərəb «Al-Faisaly»ın yetirməsidir.

2019-cu ildə APOEL-ə transfer olan Ömar Hani 1 il sonra Kiprin başqa bir klubuna – «Olimpiakos»a keçib. O, Nikosiya təmsilçisinin heyətində 19 matça çıxıb.

İordaniyanın U-19 ilə U-23 yğmalarndan sonra əsas milliyə cəlb olunan forvard ilk və hələlik son dəfə bu formanı 2019-cu ildə geyinib. (sportinfo.az)