İquain illər sonra narazılığını dilə gətirdi
- 19 Sen 2021 13:00
- 495
"İnter Mayami"nin hücumçusu Qonzalo İquain "Real"dakı karyerasından danışıb.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı oyunçu deyib: "Benzema ilə sağlam rəqabət yaşadıq, ən yaxşısını etməli idik.
Kriştianonun "Real"a keçdiyi il o, 27, mən 26 qol vurdum. Növbəti transfer pəncərəsində "Real" Kaka və Benzemanı aldı. Sonra düşündüm: "Nə qədər qol vurmalıyam?"
Kərim kluba keçdi və bu transfer sayəsində özümün ən yaxşı formamı göstərə bildim. Bu rəqabət onun zirvəyə çatmasına kömək etdi. Benzema inanılmaz bir mərkəz hücumçusudur".
Qeyd edək ki, 2009/10 mövsümündə Ronaldo La Liqada 27 , İquain isə 26 qol vurub.