"Yuventus"un futbolçusu Qonzalo İquainlə İngiltərənin 4 klubu maraqlanır.

Rekord.az "Corriere Dello Sport"a istinadən xəbər verir ki, bunlar "Fulhem", "Aston Villa", "Vest Hem" və "Nyukasl"dır.

Qeyd edək ki, Turin klubunun yeni baş məşqçisi Andrea Pirlo argentinalı hücumçuya şans verməyi düşünmədiyini bildirib. Onun "Yuventus"la müqaviləsi gələn ilin iyununda başa çatır.