İrandan qaçan dünya çempionu Azərbaycana gəlir
- 30 Apr 2022 14:22
- 689
İran yığmasının heyətində 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olan əslən azərbaycanlı cüdoçu Səid Mollayinin Azərbaycan milli komandasına gəlişi gözlənilir.
Rekord.az xəbər verir ki, bu barədə İdman TV-nin efirində Azərbaycan Cüdo Federasiyasının Nizam-İntizam Komitəsinin üzvü Ruzbeh Vəliyev məlumat verib.
Qeyd edək ki, Səid Mollayi 2019-cu ilədək İran bayrağı altında yarışlara qatılıb. 30 yaşlı cüdoçu Tokioda keçirilən DÇ-dən sonra ölkəsinin vətəndaşlığından imtina edib. Belə ki, o, mundialda İsrail cüdoçusu Saqi Muki ilə üz-üzə gəlmək ehtimalı olduğuna görə, yerli rəsmilərin təzyiqi ilə üzləşdiyini, qarşısına yarışdan imtina tələbi qoyulduğunu bildirmişdi. Təzyiq səbəbi ilə Mollayi Almaniyadan sığınacaq istəmiş, sonradan isə Monqolustanın o vaxtkı dövlət başçısı və Cüdo Federasiyasının prezidenti Xaltmaaqiyn Battulqanın dəvəti ilə bu ölkənin cüdo millisində yarışmağa başlamışdı. İdmançı 2021-ci ildə Monqolustana Tokio Yay Olimpiya Oyunlarının gümüş medalını qazandırıb.