İranlı baş məşqçi Azərbaycan millisindən yola salınır?
- 02 İyn 2022 15:20
- 498
Taekvondo üzrə Qran-pri turnirinə start verilir.
Rekord.az oxu.az-a istinadla xəbər verir ki, Ümumdünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə 3-5 iyun tarixlərində keçiriləcək turnirdə Azərbaycan milli komandasının beş üzvü iştirak edəcək.
İtaliyanın paytaxtı Romada baş tutacaq yarışda kişilərdən Həşim Məhəmmədov (-58 kq), Cavad Ağayev (-68 kq), Ayxan Tağızadə (-80 kq), qadınlardan isə Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) mübarizəyə qatılacaq.
Komandamız qadınların baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçilər Sənan Həşimov və Rəşad Məmmədovun rəhbərliyi ilə bu gün artıq Roma şəhərinə yola düşüb.
Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandustun səfərdə yer almaması onun istefası ilə bağlı dünən mətbuatda gedən xəbərə bir işarədir. Bu yarışdan sonra Kəmaləddin Heydərovun rəhbəri olduğu federasiyada toplantı keçiriləcəyi və ötən ay Mançesterdə keçirilmiş Avropa çempionatındakı zəif nəticənin hesabatı soruşulacaq. Əslində Tokio Olimpiadasından sonra istefası gözlənilən, lakin əksinə müqaviləsi artırılan iranlı məşqçinin yola salınacağı an məsələsidir.