“Sabah”ın əsas komandasının müdafiəçisi Con İrasabal “Sabah” Futbol Akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb.


Rekord.az xəbər verir ki, ispaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb. Daha sonra U-13 komandasına hədiyyələr təqdim edilib.


Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsümdə ilk dəfə çempionatda iştirak edir.