I Divizionun ən pullu klubu hesab olunan "İrəvan" bu həftə yeni legionerlərinə qovuşmalı idi.

Rekord.az-a klubdan yaxın mənbələrdən verilən məlumata görə, ən azı 3 əcnəbi bu həftə Bakıda olmalı idi.

Lakin sonradan rəhbərlik qərarını dəyişib və legioner məsələsini bir qədər sonraya saxlamağa qərar verib. Deyilənə görə, öncədən vədvolunan büdcə hələlik təsdiqlənmədiyi üçün rəhbərlik də legioner məsələsində risk eləmək istəmir.