"İrəvan" rəhbərliyi bu addımı atmaqla futbolçuları razı salmağı düşünür
- 23 Okt 2023 13:00
- 607
Ötən turda "İmişli" ilə səfər oyununa getməyən "İrəvan" futbolçuları maaşları verilməyəcəyi halda "Şamaxı" ilə oyuna çıxmaqdan da imtina edəcək.
Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik özünü "ora-bura vurub" heç olmasa 1 ayın maaşını toplamağı düşünür.
Həmin maaşı futbolçulara təklif edib "Şamaxı" ilə oyuna çıxmağa razı salmaq istəyirlər. Çünki komanda bu oyuna da çıxmasa, reqlamentə görə, çempionatdan kənarlaşdırılacaq.