“İrəvan” rəhbərliyi futbolçuları yenə aldatdı
- 30 Okt 2023 15:00
- 1190
“Şamaxı” ilə oyun öncəsi bəzi futbolçuları birtəhər dilə tutan və 11 nəfəri güc-bəla düzəldib meydançaya buraxan “İrəvan” rəhbərliyi futbolçulara söz vermişdi ki, bu oyundan sonra ən azı 1 aylıq maaşlar ödəniləcək.
Lakin Rekord.az xəbər verir ki, oyundan sonra futbolçuların kartına maaşın cüzi bir hissəsi köçürülüb ki, bu da ciddi narazılıq yaradıb.
Bu mənada növbəti turda “İrəvan” rəhbərliyi yəqin ki, həmin 11 nəfəri də dilə tutub meydançaya çıxara bilməyəcək.