Futbolçularına 3 aydan çoxdur maaş verə bilməyən "İrəvan" rəhbərliyi vəziyyətdən çıxış yolu kimi, yeni heyət yığmağı seçib.

Rekord.az-a daxil olan məlumata görə, bir sıra veteran futbolçulara təklif göndərilib.

Bundan başqa, hazırkı heyətdə yer alan və əsas heyətə düşməyən bəzi futbolulara məşqlərə qatılmaq təklifi edilib. Hamıya da söz verilib ki, qısa müddətdə hamısına maaş da veriləcək. Yetər ki, "Şamaxı" ilə oyunda meydançaya çıxıb oynasınlar. Bu isə o anlama gəlir ki, "İrəvan" rəhbərliyi yeni heyət yığıb, PFL-ə yeni sifariş ərizəsi verməyi düşünür.