Son günlər "İrəvan" la bağlı xoş olmayan məlumatlar yayılmaqdadır və bu məlumatlar mətbuata da çıxıb.

Rekord.az-a daxil olan məlumatlar da xoş deyil.

Belə ki, ilkin mərhələdə 20 milyonluq layihə kimi təqdim edilən "İrəvan"da maddi durum təqdim olunan layihə ilə ziddiyyət təşkil edir. Kluba bir neçə imkanlı iş adamının maliyyə ayıracağı deyilsə də, hələlik həmin maliyyədən səs-soraq yoxdur. Bu səbəbdən düşərgədə olan futbolçulardan da kimsə ilə rəsmi müqavilə bağlanmayıb. Nəzərə alaq ki, yeni mövsümün startına bir aydan da az vaxt qalıb.