Yeni mövsümdən I liqada mübarizə aparacaq "İrəvan"da maddı sıxıntılar olması, komandaya vəsait ayıracağı gözlənilən şəxslərin hələ də əllərini ciblərinə salmaması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, yaranmış vəziyyət məşqçilər korpusunu və futbolçuları da ciddi şəkildə narahat edir.

Saytımıza daxil olan məlumata görə ayın 21-ə kimi bütün suallara aydınlıq gələcək.