I Liqanın iddialı komandalarından olan "İrəvan"da maddi vəziyyət heç də ürəkaçan deyil. 

Rekord.az xəbər verir ki, futbolçular bir müddətdir ki, maaş ala bilmir.

Bununla bağlı bir neçə dəfə mətbuatda da məlumatlar yayılıb. Saytımıza daxil olan məlumata görə, bunun da ciddi səbəbi var. Dövlət tərəfindən AFFA-nın xətti ilə I liqada çıxış edən hər komandaya illik 300 min manat vəsait ayrılacaq. Bu məbləğ aylıq olaraq komandalara veriləcək. Amma "İrəvan"a əlavə olaraq "Qərbi Azərbaycan icması" tərəfindən aylıq 17 min manat vəsait də ödənməli idi. Dəstək xarakterli. Lakin bu günə qədər sözügedən icma tərəfindən komandaya vəd olunan dəstək göstərilməyib. Futbolçulara yaranan borc da bu səbəbdən yaranıb.