"İrəvan"ı məhkəməyə verdilər
- 17 Okt 2023 17:00
- 694
"İrəvan" ətrafında qalmaqallar səngimək bilmir.
Rekord.az xəbər verir ki, 3 aydır futbolçularına maaş verə bilməyən klubdan artıq məhkəməyə də şikayət olunub.
Şikayət edən şəxs isə komandada işləmiş sabiq həkimdi. Hansı ki, həmin həkim yay boyu cibindən pul xərcləyib komanda üçün dərmanlar alsa da, klubdan həmin dərmanların pulunu ala bilmir. Baxmayaraq ki, bununla bağlı ona söz də verilib. Yekunda halal pulunu klubdan ala bilmədiyinin görən həkimin məhkəməyə müraciət etdiyinə dair saytımıza məlumat daxil olub.