"İrəvan"da yaşanan məlum olay digər I Divizion klublarını hərəkətə keçirib.

Rekord.az xəbər verir ki, bir sıra klublar "İrəvan"ın 7 futbolçusuna şifahi təklif göndərib.

Əgər komanda fəaliyyətini dayandırarsa, həmin futbolçuların klub tapması problem olmayacaq.

Qeyd edək ki, "İrəvan" futbolçularına 3 aydır maaş verə bilmədiyi üçün onlar da "İmişli" ilə səfər oyununa yollanmaqdan imtina etmişdi. Böyük ehtimalla bunun üçün bu komandaya texniki məğlubiyyət veriləcək. Əgər bu hal bir daha təkrarlansa, komanda çempionatdan kənarlaşdırılacaq.