Mövsümü əvvəlində hay-küylü anonslar edən, təntənəli, tortlu təqdimat edən, Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparacaqlarını deyən "İrəvan" bu gün taleyin ümidinə qalıb.

Rekord.az xəbər verir ki, maddi sıxıntılar içində boğulan komandanın qışdan sonra mövcud olub-olmayacağı da sual altındadır.

Hətta deyilənə görə, baş məşqçi Nazim Süleymanov da komandanı tərk edə bilər. Güman ki, bəzi aparıcı futbolçular da bu durumla barışmayıb gedəcək. Komandanın ağır durumda olduğu "Araz Naxçıvan"la kubok matçında da aşkar sezilirdi. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, komanda meydançaya həkimsiz çıxmışdı. "İrəvan"nən zədəli futbolçularına "Araz Naxçıvan"ın həkimləri yardım ediri. 

Qeyd edək ki, mövsümün əvvəlində komanadya həm həkim, həm də masajist təyin olunmuşdu. Lakin sonradan onlara verilən maliyyə vədi yerinə yetirilmədiyi üçün hər ikisi komandanıl tərk etməli olmuşdu.