![photo](https://www.rekord.az/storage/uploads/5/birinci-liqa.jpg)
“İrəvan”ın prezidenti, “İmişli”nin meneceri cəzalandı
- 29 Noy 2023 15:15
- 239
AFFA İntizam Komitəsi I Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb.
Rekord.az xəbər verir ki, "İmişli"nin meneceri İlkin Əhmədov 9-cu turda “Qaradağ Lökbatan”la matçın rəsmi şəxsinə təzyiq etdiyinə görə 2 oyunluq cəza ilə üzləşib.
"İrəvan"ın prezidenti Zahid Niyazəliyev isə akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olduğu üçün 1 matçlıq cəzalanıb.