İrina Kindzerska: "İndi onlar haqda danışmağa hazır deyiləm"
- 06 Mar 2022 18:18
- 636
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı özünün instaqram səhifəsində paylaşım edib.
31 yaşlı cüdoçu bu qərarı həyatında baş verən bütün hadisələrdən sonra qəbul etdiyini bildirib:
"Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.