Parisdə Karate1 Premyer Liqa turniri keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərindən ikisi bu turnirdə yaxşı nəticəyə imza atıb.

İrina Zaretska (-68 kq) yarışı qızıl, Rafiz Həsənov (-67 kq) isə bürünc medalla başa vurub.

İrina Zaretska - Endrin Hilton (Norveç) 2:0
İrina Zaretska - Andriana Vasoviç (Serbiya) 8:0
İrina Zaretska - Qonq Li (Çin) 3:0 

Yarımfinal
İrina Zaretska - Kayo Someya (Yaponiya) 5:0

Final
İrina Zaretska - Feryal Abdelazez (Misir) 3:0

Rafiz Həsənov - Əmir Mehdizadə (İran) 2:1
Rafiz Həsənov - Luka Mareska (İtaliya) 1:4

Təsəlliverici görüşlər
Rafiz Həsənov - Marvin Qarin (Fransa) 4:3
Rafiz Həsənov - Jihvan Li (Koreya) 2:0

Bürünc medal görüşü
Rafiz Həsənov - Vinisius Fiqueyra (Braziliya) 4:2 

Olimpiadaya lisenziya verən reytinq xalları qazandıran turnirdə 92 ölkədən 703 karateçi iştirak edir.