DÇ-2022-nin seçmə mərhələsində öz meydanında Azərbaycan millisi ilə heç-heçə edən (1:1) İrlandiya yığmasının çıxışı yerli azarkeşlərin narazılığına yol açıb.

Rekord.az xəbər verir ki, “Aviva” stadionunda baş tutan qarşılaşmadan sonra fanatlar baş məşqçi Stefen Kennini istefaya səsləyib.

Bununla yanaşı, futbol ictimaiyyəti və azarkeşlər sosial şəbəkə vasitəsilə yaradılan “KennyOut” həştəqinə dəstək verib. İrlandlar Kenninin rəhbərliyi altında keçirdiyi 15 oyunun yalnız 1-də qələbə qazana bilib.

İrlandiya yığması seçmə mərhələ çərçivəsində sentyabrın 7-də Serbiya ilə qarşılaşacaq.