İrlandiya - Azərbaycan matçı fransızlara tapşırıldı
- 02 Sen 2021 17:15
- 513
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
FİFA referisi Jerom Brisara yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan kömək edəcək. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək.
Var sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.