İrlandiya millisinin futbolçusu Ceff Hendrik DÇ-2022-nin seçmə mərhələsinin 5-ci turu çərçivəsində Dublində Serbiya ilə 1:1 oynadıqları matçdan sonra yerli mətbuata danışıb.

Rekord.az xəbər verir ki, o, növbəti turda Bakıda Azərbaycana qarşı keçirəcəkləri oyundan söz açıb:

"Serbiyaya qarşı yaxşı futbol oynadıq. Bunu daha da inkişaf etdirib, daha yaxşı səviyyəyə çata bilərik. Növbəti turda Azərbaycana qarşı oynayacağıq.

​Səfərdəki görüşdə yaxşı nəticə qazanmalıyıq. Elə oynamalıyıq ki, qalib gələk. Əslində bu baş verə biləcək məsələdi. Bunu həyata keçirməliyik”.