İrlandiya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
- 30 Sen 2021 18:44
- 484
Futbol üzrə İrlandiya yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, baş məşqçi Stiven Kenni 26 futbolçuya dəvət göndərib.
Qapıçılar: Qavin Bazunu ("Mançester Siti", İngiltərə), Kuivin Kelleher ("Liverpul", İngiltərə), Mark Travers ("Bornmut", İngiltərə);
Müdafiəçilər: Mett Doherti ("Tottenhem", İngiltərə), Sayrus Kristi ("Fulhem", İngiltərə), Şeyn Daffi ("Brayton", İngiltərə), Con İqan ("Şeffild Yunayted", İngiltərə), Enda Stivens ("Şeffild Yunayted", İngiltərə), Ceyms Makkleyn ("Uiqan", İngiltərə), Rayan Manninq ("Suonsi Siti", Uels), Andryu Omobamidele ("Norviç Siti", İngiltərə), Natan Kollins ("Bernli", İngiltərə);
Yarımmüdafiəçilər: Konor Hurihan ("Aston Villa", İngiltərə), Coş Kallen ("Anderlext", Belçika), Ceff Hendrik ("Nyukasl", İngiltərə), Ceyson Nayt ("Derbi Kaunti", İngiltərə), Cemi Makqrat ("Sent-Mirren", Şotlandiya), Harri Arter ("Nottingem Forest", İngiltərə);
Hücumçular: Kallum Robinson ("Vest Bromviç", İngiltərə), Aaron Konnolli ("Brayton", İngiltərə), Ceyms Kollins ("Kardiff Siti", İngiltərə), Daril Horqan ("Uikom Uonderers", İngiltərə), Adam Ayda ("Norviç Siti", İngiltərə), Troy Parrott ("Tottenhem", İngiltərə), Çidozi Oqbene ("Roterhem Yunayted", İngiltərə), Uil Kin ("Uiqan", İngiltərə).
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçına saat 20:00-da start veriləcək. Oktyabrın 12-də isə bu komanda Dublində Qətərlə yoxlama matçında üz-üzə gələcək.