İrlandiyanın baş məşqçisi Bakıya 3 xal dalınca gəlir
- 03 Okt 2021 14:17
- 433
"Qarşıda bizi Azərbaycanla səfər oyunu gözləyir. Bu matçda qalib gəlmək istəyirik".
Rekord.az xəbər verir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bütün diqqətlərinin qarşıdakı görüşlərdə olduğunu bildirib: "Qətərlə yoldaşlıq matçımız da var. Hazırda tamamilə bu iki qarşılaşmaya fokuslanmışıq".
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.
Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.