İrqçiliyə görə 50 min avroluq cərimə
- 12 Fev 2020 16:20
- 768
Almaniya Futbol Federasiyası “Şalke” klubunu cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna sözügedən komandanın azarkeşlərinin ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Herta” ilə keçirilən matçda (3:2) irqçilik etməsi səbəb olub.
Almaniya Futbol Federasiyası fanatları irqçilik edən “Şalke” klubunu 50 min avro cərimələyib.
“Şalke” – “Herta” matçının 85-ci dəqiqəsində Berlin təmsilçisinin futbolçusu Cordan Torunariqa irqçiliyə məruz qalmışdı.