Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku davam edir.

Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

İkinci yarış günü çəkisi 67 kq-a qədər olan atletlərin mübarizəsi ilə başlayıb. Bu çəkidə toplam 284 kq (133+151) nəticə göstərən “Qartal” Klubunun təmsilçisi İsa Rüstəmov qızıl, toplam 251 kq (115+136) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Qasım İsmayılov gümüş, toplam 240 kq (90+108) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Həsənağa Sahibov isə bürünc medal əldə edərək fəxri kürsüyə qalxıblar.