İsa Süiman: "Ən əsas olanı isə nəticə idi və onu da qazandıq" MÜSAHİBƏ
- 20 Avq 2023 21:00
- 358
"Sumqayıt"ın pakistanlı legioneri İsa Suliman Premyer Liqanın 3-cü turunda "Qəbələ"ni məğlub etdikləri görüşdən sonra Rekord.az-a müsahibə verib:
/
- İlk olaraq oyun barədə fikirlərin...
- Çətin oyun oldu. Heç də yaxşı formamızda deyildik. Amma biz xarakter göstərərək istədiyimiz nəticəni əldə etdik.
- Formada olmadığınızı dedin. Təxminən neçə tur lazımdır istədiyiniz formada olmanıza?
- Daha çox oyun keçirməyimiz lazımdır. Bunu zaman göstərəcək. Bizim üzərimizə düşən ən yaxşı oyunumuzu oynamaqdır.
- Ölkəmizdə ilk qolunu vurdun. Nələr deyə bilərsən?
- Vurduğum birinci qolla komandam qələbə qazandığı üçün fəxr edirəm.
- Davamı gələ bilərmi? Ümumiyyətlə, standart vəziyyətlərdən fərqlənməyi sevirsənmi?
- Açığı, mənim üçün əsas olan qol vurmaq yox, müdafiədə komandama kömək etməldir. Səmimi etiraf edim ki, peşəkar karyeramda ilk qolumudur. Adət etdiyim bir şey deyil (gülür).
- Sona yaxın bir epizodda topu boş qapıdan çıxardın. Vurduğun qolu, yoxsa komandanı qoldan xilas etməyi daha dəyərli hesab edirsən?
- Mənim üçün qol vurmaq daha fərəhlidir. Lakin əsas məqsədim müdafiədən oynamaqdır. Ən əsas olanı isə nəticə idi və onu da qazandıq.
- Bu gün matçın adamı olmağın ölkəmizə daha yaxşı adaptasiya olmağına nə kimi fayda verə bilər?
- Təbii ki, daha çox köməyi dəyəcək. Daha çox oyun, daha çox zaman lazımdır. Cəmi 1 ayda burdayam və 2 oyun keçirmişəm. Lakin oyunun qəhrəmanı olmasam belə, üzərimdə daha çox işləyirəm ki, proses tez keçsin.
- Premyer Liqanın səviyyəsi bura gələnə qədər düşündüyün kimidir, yoxsa gözlədiyindən daha yaxşı səviyyə ilə üz-üzəsən?
- Gələnə qədər o qədər də məlumatlı deyildim. Əslində də indi də çox məlumatlı sayılmaya bilərəm. Cəmi 2 oyun keçirmişəm. Amma yaxşı olduğunu deyə bilərəm. Müxtəlif ölkələrdən legionerlə var. Elə hücumçular var ki, mənə çətinlik yarada biləcəklər. Onlara qarşı oynamaqla təcrübə yığacam.