Kataloniya polisində dekabrın 8-də keçiriləcək “El-Klasiko” ilə bağlı böyük narahatlıq yaranıb.

Rekord.az xəbər verir ki, polis əməkdaşları qarşılaşma keçirilərkən təhlükəsizliyi təmin edə bilməyəcəklərindən narahatdırlar.

Bildirilir ki, qarşılaşmaya gələcək madridli azarkeşlərin olduqları avtobusların təhlükəsizliyini təmin etmək üçün yetərli sayda qüvvə yoxdur.

Üstəlik, həmin gün Kataloniyada növbəti etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Bu amili nəzərə alan polislər hesab edirlər ki, həmin gün Barselonada “El-Klasiko”nu keçirmək mümkünsüzdür.

“El klasiko” oktyabrın 26-da keçirilməli idi. Amma Kataloniyadakı etirazlara görə təxirə salınmışdı.