İşğaldan azad olunan Cəbrayıl stadionu azarkeşlərini gözləyir FOTO
- 07 Okt 2020 18:00
- 3683
Məlum olduğu kimi, erməni təxribatına qarşı uğurlu əks-hücum əməliyyatına davam etdirən şanlı Azərbaycan ordusu ard-arda torpaqlarımızı azad etməkdədir.
Rekord.az xəbər verir ki, işğaldan azad olunan ərazilərdən biri də Cəbrayıl rayonunun mərkəzidir.
Hərbçilərimiz artıq rayon mərkəzinə üçrəngli bayrağımızı sancıb. PFL də Cəbrayıl futbolu ilə bağlı ilk paylaşımını edib, rayonun müstəqil Azərbaycan çempionatındakı yeganə iştirakçısı (I Divizion) "Böyük Mərcanlı" haqda məlumat verib. Cəbrayılın həm də gözəl stadionu olub. Bir vaxtlar rayonun "Xudafərin" komandası bu stadionda ölkə çempionatının I Dəstəsində öz oyunlarını keçirib. 6 min tamaşaçı tutumuna malik stadion da rayonun özü kimi, 27 illik işğal həyatına son qoyub. Ümid edirik ki, ən yaxın zamanlarda Cəbrayıəl stadionu əvvəlki əzəmətini özünə qaytaracaq və cəbrayıllı azarkeşləri tribunalarına qaytaracaq.