Antiterror əməliyyatı zamanı həm də 3 stadion nəzarətimizə keçmiş oldu.

Rekord.az xəbər verir ki, söhbət Xankəndi, Ağdərə və Əsgəran stadionlarından gedir.

Xankəndi stadionu süni örtüklüdür, tutumu 15 min nəfərdi.

 

Ağdərə stadionunun da örtüyü sünidir, tutumu 3 min nəfər yaxındır.

 

Əsgəran stadionunun örtüyü isə təbiidir, tutumu 1000 nəfərdi.

Futbol infrastrukturu baxımından vacib qazanclardı. Ümid edirik ki, ən qısa zamanda futbol yuxarıda adları çəkilən şəhərlərimizə və onların stadionlarına qayıdacaq.