"İsgəndər Cavadov Bakı Futbol Akademiyası"nın fəaliyyətindən xəbərdarsınız. Əvvəl "Bakı"nın bazasında məşq edirdilər, indi köçüblər Xırdalan Olimpiya İdman Kompleksinin stadionuna. AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında oynayırlar. Nəticələri də çox biabırçı.

Rekord.az bu akademiya ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.

Məsələn, bu akademiyaya AFFA yardım edir. İldə 30 min manata yaxın vəsait ayrılır. Amma buna baxmayaraq, bura cəlb olunan hər bir uşaqdan ayda 30-40 manat arası pul alınır. Guya ki, bu pulla kompleksin icarə haqqı ödənilir. Əgər kompleksin icarə haqqı uşaqlardan yığılan pulun hesabına ödəniləcəksə, o zaman AFFA-nın ayırdığı 30 min manat hara gedir? Maraq üçün bir məlumatı da qeyd edək ki, burda çalışan məşqçilər də elə çox maaş almır. İlk vaxtlar 400-500 manat maaş veriliri. Lakin son vaxtlar bu məbləğ 200 manata qədər endirilib.