Məlum olduğu kimi, "Kəpəz"ə yeni sponsor gəlib və AFFA ilə də belə razılıq əldə olunub ki, federasiya klubla bağlı bütün səlahiyyətləri yeni sponsora verib kənara çəkiləcək.

Rekord.az xəbər verir ki, bundan sonra AFFA-nın klub üzərində heç bir təsisçilik hüququ olmayacaq.

Klubun yeni idarə heyətio formalaşacaq və hazırkı sədr İlqar Nadiri də orada yer alacaq. Nadiridən fərqli olaraq, AFFA tərəfindən "Kəpəz"ə kurator təyin olunan İsgəndər Cavadov kənarda qalacaq. Veteran futbolçunu yeni mövsümdən "Kəpəz"ə heç nə bağlamayacaq.