Albaniyanın “Eqnatiya” komandası yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası Albaniyanın digər təmsilçisi “Biliş”lə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı matç “Eqnatiya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal bu oyunda meydana start heyətində çıxıb. Komandasının vurduğu qollardan birinin müəllifi İsgəndərli olub.