![photo](https://www.rekord.az/storage/uploads/5/vusal-11.jpg)
İsgəndərli Ermənistan klubu ilə oyunlar üçün sifariş edildi
- 08 İyl 2023 16:44
- 369
Albaniyanın “Eqnatiya” klubu yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
Rekord.az xəbər verir ki, İsgəndərli Ermənistan “Ararat”ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarında iştirak edə bilər.
Vüsal İsgəndərli “Eqnatiya” ilə 3 illik müqavilə bağlayıb.
Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.