![photo](https://www.rekord.az/storage/uploads/5/vusal-11.jpg)
İsgəndərli Ermənistanda meydana çıxdı, komandası qol vurdu
- 13 İyl 2023 21:01
- 382
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya "Eqnatiya"sı Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Ermənistanda "Ararat"la səfər oyununa çıxıb.
Rekord.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.
İsgəndərli oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 59-cu dəqiqədə meydana daxil olub. 36-cı dəqiqədə qol buraxan Albaniya klubu bərabərlik qolunu 90+7-ci dəqiqədə vurub.
Xatırladaq ki, İsgəndərli bu ay “Sumqayıt”dan "Eqnatiya"ya transfer olunub.