Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Eyupspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı yarımmüdafiəçi 77-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Keçiörengücü” iki turdan sonra 1 xalla 19 kollektiv arasında 12-cidir.