Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 30-cu tur çərçivəsində səfərdə “Ümraniyəspor”la qarşılaşıb. 


Oyun Bolu təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 


Vüsal da bu görüşün iştirakçısı olub. O, bu matçın 88-ci dəqiqəsində meydana buraxılıb, əlavə vaxtda sarı vərəqə alıb.


“Boluspor” hazırda 44 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.