Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda 6-cı tur çərçivəsində səfərdə "Vlajniya" ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyunda 2:0 hesabı qələbəyə sevinib. İsgəndərli oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 49-cu dəqiqədə Vüsal vurub.

"Eqnatiya" hazırda 13 xalla 1-ci pillədə qərarlaşıb.