İsgəndərli Türkiyə klubunda debüt etdi
- 13 Yan 2024 21:00
- 258
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor"da debüt edib.
Rekord.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turda "Adanaspor"a qarşı səfər matçında iştirak edib.
28 yaşlı oyunçu start heyətdə meydana daxil olub və 82-ci dəqiqədə əvəzlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.
"Boluspor" 23 xalla 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, İsgəndərli bu ay "Boluspor"la 1,5 illik müqavilə imzalayıb.