Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Bodrumspor”la qarşılaşıb.

“Boluspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Vüsal bu matçın 70-ci dəqiqəsində meydana buraxılıb.

"Boluspor" bu nəticədən sonra 43 xalla 7-ci pillədə qərarlaşıb.