![photo](https://www.rekord.az/storage/uploads/5/vusal-isgenderli-2.jpg)
İsgəndərlinin komandası liderliyi ələ keçirdi
- 24 Sen 2023 11:45
- 263
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 5-ci tur çərçivəsində doğma meydanda "Laçi" ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda 2:1 hesabı qələbəyə sevinib. İsgəndərli oyuna start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
"Eqnatiya" hazırda 10 xalla 1-ci pillədə qərarlaşıb.