İsgəndərlinin komandası super kubok matçında uduzdu
- 21 Dek 2023 00:51
- 213
Albaniya super kuboku uğrunda oyun keçirilib.
Rekord.az xəbər verir ki, həlledici oyun son çempion “Partizani” ilə azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası, ölkə kubokunun qalibi “Eqnatiya” üz-üzə gəlib.
Rəqibinə 0:1 hesabıyla uduzan futbolçumuzun komandası növbəti titulunu qazanmaq şansını əldən verib.
Vüsal bu matça start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. O, 71-ci dəqiqədə sarı vərəqə də alıb.