İsgəndərlinin komandasından çətin qələbə
- 31 Okt 2023 22:00
- 300
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində evdə “Kukesi” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
İsgəndərli oyuna start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.
"Eqnatiya" hazırda 23 xalla 1-ci pillədə qərarlaşıb.