İsgəndərlinin komandasından darmadağın
- 07 Okt 2023 14:00
- 276
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 8-ci tur çərçivəsində evdə Tirana “Dinamo”su ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda 3:0 hesablı qələbəyə sevinib. İsgəndərli oyuna start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
"Eqnatiya" hazırda 16 xalla 1-ci pillədə qərarlaşıb.