“İşimi vicdanla görmüşəm” - Şahin Diniyev
- 25 May 2024 23:16
- 214
"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Gərgin oyun oldu. Komandam məğlub olmaq istəmirdi. Pedro Nunonun olmaması bizə hücumda problem yaratdı. 10 nəfərlə xarakter göstərdik. Bərabərlik qolunu vurmaq alınmadı. "Zirə"ni təbrik edirəm. Hər şeyi məndən öyrənin, "sarı mətbuat"dan yox. İllərdir futbolun içindəyəm, hamını tanıyıram. Bu oyunda qələbə qazanmaq üçün bizə pul təklif olunmayıb. Balalarımın canına and olsun ki, belə bir şey yoxdur. Biz olan yerdə ola da bilməz. Bu komanda ötən mövsüm 9-cu yeri tutmuşdu. Əgər bu il 10-cu olsaydıq, mən uğursuz idim. Belə olsaydı, özüm qalmazdım. Hardan getmişəmsə, özüm getmişəm. Məni heç vaxt istefaya göndərməyiblər. Futbolda üç il vaxt lazımdır. Qərar rəhbərliyindir. İşimi vicdanla görmüşəm. Həftənin ikinci günü klubun İdarə Heyətinin iclası olacaq. Nə qərar versələr, hörmətlə yanaşacağam”.