İslamiada: Azərbaycan 43 medalla 4-cüdür
- 14 Avq 2022 10:20
- 471
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib.
Rekord.az xəbər verir ki, medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.
Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.