İslamiada: Azərbaycan 5-cidir
- 13 Avq 2022 11:30
- 480
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə yüksəlib.
Rekord.az xəbər verir ki, medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci yerdə qərarlaşıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb.
Azərbaycan yığması medallarını 6 növdə – güləş (6 qızıl, 6 gümüş, 6 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.