İslamiada: Azərbaycan gimnastı çempion oldu
- 11 Avq 2022 21:45
- 437
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.
Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.
Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib. Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.