Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, yığma B qrupundakı ikinci matçında Əfqanıstan seçməsi ilə qarşılaşıb.

Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 43:9 hesablı qalibiyyəti ilə başa çatıb.

Xatırladaq ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib.